Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xarici taksi şirkətləri bağlansın?... - Sürücülər bundan gileylənir... - VİDEO

Xarici taksi şirkətləri bağlansın?... - Sürücülər bundan gileylənir... - VİDEO

Tarix: 27 May 2023 11:40

Son zamanlar beynəlxalq taksi şirkətlərinin Azərbaycandakı fəaliyyətindən narazılıqlar artmaqdadır. Bu narazılıqlara həm sürücülər, həm də sərnişinlər arasında rast gəlinir.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sürücülərin bu şirkətlər tərəfindən sözün əsl mənasında istismarı narazılıq yaradan əsas səbəblərdən biridir.

Sürücülər deyir ki, qiymət aşağı, qarşılarına qoyulan tələb isə çox olduğundan sutkanın yarıdan çoxunu sükan arxasında keçirməli olurlar.

Taksi xidməti göstərən bu şirkətlərin sürücüyə qoyduğu tələblərdən biri də gediş sayıdır. Belə ki, sürücü günlük, həftəlik və aylıq hədd kimi qoyulan sayda gediş etməlidir ki, sonda bonus məbləği qazana bilsin.

Sürücülərin bu ağır rejimdə fəaliyyət göstərməsi həm yorğunluq, həm də yuxusuzluğa səbəb olu. Bu isə nəticədə sürücü və sərnişin münasibətlərinin korlanmasına gətirib çıxarır.

Sərnişinlər hesab edir ki, sürücünün maddiyat üçün normadan artıq işləməsi onların törətdiyi qəzalara heç bir halda haqq qazandırmır.

Bütün bunlar onu göstərir ki, beynəlxalq taksi şirkətlərinin Azərbaycandakı fəaliyyəti ilə bağlı yeni qayda və tənzimləmələrə ehtiyac var.

Mövzu ilə bağlı hazırlanmış geniş videomaterialı təqdim edirik:


Etiketlər:  Xarici taksi şirkətləri bağlansın Sürücülər bundan gileylənir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ