Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Puqaçovanın bağının satışına qadağa qoyuldu

Puqaçovanın bağının satışına qadağa qoyuldu

Tarix: 29 May 2023 14:42

Xəbər verdiyimiz kimi, uzun müddətdir İsraildə məskunlaşan Rusiyanın Xalq artisti Alla Puqaçova bağ evinə olan borca görə məhkəməlik olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənnidən 2021-ci il aprelin 1-dən 31 dekabr 2022-ci il tarixədək Berejki kəndində torpaq sahəsinin icarəsinə görə, 44 500 rubl (925 manat) tələb olunur.

Müğənninin 1990-cı illərdən bəri sahib olduğu bağın məhkəmə prosesi davam edir. Bu dəfə Puqaçova başqa bir hadisə ilə qarşılaşıb. Belə ki, onun nəvəsi Nikita Presnyakovun 225 milyon rubla satışa çıxardığı evin elanı saytdan götürülüb. Buna səbəb isə əmlakın satışına qadağa qoyulması olub. 

Vəkil Andrey Aleşkin məsələ ilə bağlı "Maliyyə öhdəliklərini bərpa etmək üçün qanunvericilik alqı-satqı əməliyyatını bloklayır. İstənilən halda məhdudiyyətlər yalnız məhkəmə tərəfindən qoyulur və məhkəmə icraçıları tərəfindən icra edilir. Məhdudiyyətlər məhkəmə yolu ilə istənilən cəzaya görə - vergi, kirayə borcları və sair ola bilər. Hesab edirəm ki, bu, Alla Puqaçovanın icarəyə götürdüyü sahəyə olan borcu ilə bağlıdır" açıqlamasını verib.

Puqaçova Rusiyadakı son biznesini də bağlayıb. O, "Alla Pugacheva" adlı ayaqqabı brendini bağlayıb. 

Milli.Az


Etiketlər:  Puqaçovanın bağının satışına qadağa qoyuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ