Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2023 07:57
Ötən gün vəfat edən tanınmış kinorejissor, Əməkdar artist Elxan Qasımovun dəfn yeri bəlli olub.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, mərhum Xırdalanda oğlu Samir Qasımovun məzarının yanında dəfn ediləcək.
Vida mərasiminin isə bu gün saat 11:00-da "Azərbaycanfilm" kinostudiyasının həyətində olacağı bildirilir.