Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur aktyor yaxtada dincəlir

Məşhur aktyor yaxtada dincəlir

Tarix: 30 May 2023 14:30

Amerikalı aktyor Leonardo Di Kaprio dostları ilə birlikdə yaxtada dincəlməyə gedib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Daily Mail" xəbər yayıb.

Kann Film Festivalından sonra Leonardo Di Kaprio dostları ilə birlikdə İtaliyada yaxtada dincəlir.

Paparassilər qızın bir neçə fotosunu çəkə bilib. O, çəhrayı bikini və qara papaqda kamera qarşısına keçib.

Bundan əvvəl Leonardo Di Kaprionun Kann Film Festivalında İrina Şeykin ətrafında dövrə vurduğu bildirilirdi.

Qeyd olunur ki, 48 yaşlı Leonardo Di Kaprio və 37 yaşlı İrina Şeyk Kot d'Azurda ən azı iki dəfə görüşüblər. Aktyor "Çiçək Ayın qatilləri" filmini təqdim edib, supermodel isə premyerada qonaq qismində iştirak edib. Ulduzların yolları daha sonra Naomi Kempbellin ad günü partisində kəsişib.

Milli.Az


Etiketlər:  Məşhur aktyor yaxtada dincəlir


RƏYLƏR