Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tanınmış sənətçinin 50 milyonu mənimsənilibmiş - VİDEO - FOTO

Tanınmış sənətçinin 50 milyonu mənimsənilibmiş - VİDEO - FOTO

Tarix: 30 May 2023 16:54

Keçmiş "Hepsi" qrupunun üzvü Cemre Kemer illər sonra yeni etiraflar edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, Danla Bilicin yutub layihəsinə qonaq olan sənətçi Gülçin Erbillə bir vaxt yaşadıqları qalmaqalın əsl səbəbini açıqlayıb.

Cemre deyib ki, birgə çalışdıqları şirkət Gülçinin qrupdan evlənib Dubaya getdiyi üçün ayrıldığını söyləyib. 

Bu yalan məlumatı o, jurnalistlərin suallarını cavablandırarkən səsləndirib. Bundan sonra yayılan dezinformasiya Gülçinin karyerasına mənfi təsir göstərib.

Cemre söyləyib ki, sözügedən şirkət həm də onların pullarını ödəməyib:

"Bizim ödənişimizi də etmədilər. Tam məbləğ açıqlamayım. Amma indinin pulu ilə iki dəniz mənzərəli ev almaq olardı". 

Danla isə Cemrenin nəzərdə tutduğu tipli mənzillərin hazırda birinin 25 milyon lirə olduğunu, yəni şirkətin ümumilikdə qızların 50 milyon lirəsini (təxminən 4 milyon manat) mənimsədiyini söyləyib. 

Milli.Az


Etiketlər:  Tanınmış sənətçinin 50 milyonu mənimsənilibmiş VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ