Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qovuşacağımız günə qədər məni gözlə" - Xatun qardaşından yazdı

Tarix: 31 May 2023 00:00

"Çox çətin bir gün. 30 may 1983-cü il. Doğulduğun gün indiyə qədər yadımdadır. Sənin evimizə gəlişin, sanki evə günəş doğmuşdu. Çox gözəl idi hər şey, ta ki, 22 fevral 2021-ci ilə kimi..."

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva mərhum stilist qardaşı Balaşla bağlı sosial media paylaşımında yazıb. Onun sözlərinə görə, yaşasaydı bu gün Balaşın 40 yaşı tamam olacaqdı.

"Nə yazsam da sizə necə içimin yandığını izah edə bilməyəcəyəm. Sənə yazacağım və söyləyəcəyim tək şey var: Məni yaşadığım müddətcə qürurlandırman. Yaxşı bir qardaş, övlad, dayı, ata, qohum, dost oldun! Səndən sonra çox çətin oldu bizə. Amma yaxşi ki, səndən yadigar iki gül balan var. Onlarla nəfəs alıram, həmişə yanlarındayam, gözün arxada qalmasın. Onlar sənin mənə qoyduğun əmanətlərindir. Səni çox sevirəm, Balaşım. Allahım səni aldı və ən gözəl yerdə qovuşacağımız günə qədər məni gözlə" deyə, Xatun paylaşımnda bildirib.

Qeyd edək ki, Balaş beyin xərçəngindən dünyasını dəyişib. 

Milli.Az


Etiketlər:  Qovuşacağımız günə qədər məni gözlə Xatun qardaşından yazdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ