Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyev: Azərbaycan uzun illər ABŞ ilə enerji sahəsində fəal əməkdaşlıq həyata keçirir

İlham Əliyev: Azərbaycan uzun illər ABŞ ilə enerji sahəsində fəal əməkdaşlıq həyata keçirir

Tarix: 31 May 2023 11:33

Azərbaycan uzun illər ABŞ ilə enerji sahəsində fəal sürətdə əməkdaşlıq həyata keçirir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyattı qəbul edərkən deyib.

ABŞ hökumətinin Azərbaycanın enerji sahəsində irəli sürdüyü təşəbbüsləri daim dəstəklədiyinə görə minnətdarlığını bildirən dövlətimizin başçısı ölkələrimizin genişmiqyaslı birgə layihələri uğurla reallaşdırdığını qeyd edib. Prezident İlham Əliyev bu xüsusda ABŞ-ın TAP layihəsinə verdiyi dəstəyi vurğulayıb.

Milli.Az


Etiketlər:  İlham Əliyev Azərbaycan uzun illər ABŞ ilə enerji sahəsində fəal əməkdaşlıq həyata keçirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ