Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2023 22:24
Xalqların Demokratik Partiyasının həbsdə olan həmsədri Səlahəddin Dəmirdaş aktiv siyasətdən uzaqlaşıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə o sosial şəbəkə hesabında paylaşım edib.
"Xalqımıza layiq bir siyasət apara bilmədiyim üçün səmimi qəlbdən üzr istəyirəm. Söz verirəm ki, bu nöqsanları öz əməli səylərimlə düzəldəcəyəm.
Həmçinin mənə qarşı konstruktiv tənqidə görə təşəkkür edirəm. Tənqidlərdən yararlanmağa çalışacağam. Bütün həbsxana yoldaşlarım kimi mübarizəni davam etdirərkən, bu mərhələdə aktiv siyasətdən ayrılıram", - S.Dəmirdaş qeyd edib.