Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2023 08:34
Dünya diyetoloqlarının araşdırmalarına görə, həzm proseslərini aktivləşdirmək üçün daha çox su içmək lazımdır. Bu, dərini iltihabdan təmizləməyə, çəkini nəzarət altında saxlamağa və həzmi yaxşılaşdırmağa kömək edəcək.
Həkimlərin hansı suyu içmək barədə fikirləri fərqlidir. Bəziləri qaynatmanın bütün zərərli mikrobları öldürdüyünü və buna görə də sağlamlıq üçün faydalı olduğunu təkid edirlər.
Digərləri deyir ki, qaynadılmış suyu sağlam hesab etmək olmaz, çünki təkcə bütün zərərli bakteriyalar deyil, həm də faydalı bakteriyalar ölüb.
Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, həkim - diyetoloq Marina Sorokinanın sözlərinə görə, belə fikirlər iki tərəflidir. Yəni hər iki tərəf hardasa özlüyündə haqlıdır.
"Əgər böyüklər üçün sudan danışırıqsa, o zaman adi kran suyu içmək daha faydalı olacaq, lakin xüsusi bir cihazda və ya qabda süzülməlidir. Ancaq uşaqlara yalnız qaynadılmış su vermək yaxşıdır.
Su 100 ° C-yə qədər qızdırıldığında, suda yalnız təhlükəli bakteriyalar yox, həm də zərərli çirklər yox olur.
Üstəlik, belə su daha uzun müddət saxlanıla bilər (şüşə qablara tökmək şərti ilə). Bu o deməkdir ki, evdən kənarda plastik butulkalarda satılandan daha yaxşı olacaq. Çünki orada sağlamlığa zərərli və təhlükəli heç nə yoxdur.
Unutmaq olmaz ki, mikrobioloji təhlükəsizlik baxımından qaynadılmış su hələ də standartdır".