Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deputat onu intim görüntüləri ilə şantaj edəni tanıyırmış: “Qardaşımın yanında…” - VİDEO

Deputat onu intim görüntüləri ilə şantaj edəni tanıyırmış: “Qardaşımın yanında…” - VİDEO

Tarix: 2 Iyun 2023 17:26

Milli Məclisin deputatı İqbal Məmmədov oğlunun üzləşdiyi şantaj hadisəsi ilə bağlı açıqlama verib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Laf TV-yə telefon bağlantısı ilə qoşulan İ.Məmmədov hadisənin 2020-ci ilin yanvar ayında baş verdiyini deyib.

O, deputatlığa namizəd olduğu dövrdə oğlunun ona məxsus olduğu iddia edilən görüntülərlə şantaj edildiyin deyib: "Oğlum mənə dedi ki, ona zənglər edirlər, şantaj edirlər. Mən dedim ki, gəl həmin adamları hüquq-mühafizə orqanlarına verək. Çünki belə bir şey bizim nəslə yaraşmayan bir şeydir. Dərhal hüquq-mühafizə orqanlarına müraciət etdik. Həmin pulu da hüquq-mühafizə orqanlarının istəyi ilə deyilən karta yüklədik ki, onlar izi tapa bilsinlər. 3-4 ay ərzində həmin adam tapıldı, araşdırma aparıldı və işi məhkəməyə göndərdilər. Məhkəmə də ona iş kəsib".

İ.Məmmədov əlavə edib ki, həmin şəxs qadın deyil, kişidir: "Mən əvvəllər uzun müddət biznes fəaliyyəti ilə məşğul olmuşam. 2010-cu ildə millət vəkili seçiləndən sonra şirkətlərimi ailəmə və qardaşıma dövr etmişəm. Bu şəxs də həmin şirkətlərin birində işləyib, daha əvvəl isə hansısa reket saytlardan birində çalışıb. Qardaşıma məxsus olan şirkətdə işlədiyi vaxt o, işdən qovulub. Bu səbəbdən də belə bir şantaja əl atıb".

Millət vəkili şantaja əl atmış şəxsin əlində hər hansı ifşaedici foto və ya məlumatın olmadığını bildirib.

"Qafqazinfo"nun apardığı dəqiqləşdirmələrdən sonra məlum olub ki, millət vəkilinin oğlunu şantaj etdiyinə görə həbs edilən şəxs 1992-ci il tarixdə Bakıda anadan olmuş, ailəli, ali təhsilli Xəzər rayonu, Şüvəlan qəsəbəsində yaşayan R.Ə.Quliyevdir. O, 1984-cü il təvəllüdlü Nəzrin Məmmədli adı ilə saxta profillər açaraq İqbal Məmmədovun oğlu Mirhəmin Nərimanlını şantaj edib.

Qeyd edək ki, bu gün "Qafqazinfo"da yayımlanan xəbərdə də Xəzər Rayon Məhkəməsinin hökmü ilə R.Ə.Quliyevin 2022-ci ildə həbs olunduğu, daha sonra şərti cəza ilə azadlığa buraxıldığı qeyd olunmuşdu. Bu ilin may ayının 18-də isə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə o, yenidən məhkəmə zalındaca həbs edilib.

Belə ki, apellyasiya instansiyası təqsirləndirilən şəxs barəsindəki 3 il həbs hökmünü bərpa edib. R.Ə.Quliyevin 2022-ci ildə bu cinayət işi üzrə həbsdə saxlanıldığı 1 ay 28 gün cəzasından çıxılıb. 


Etiketlər:  Deputat intim görüntüləri ilə şantaj edəni tanıyırmış Qardaşımın yanında VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ