Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Güləşçimiz Hərbçilərin Dünya Oyunlarında bürünc medal qazanıb (FOTO)

Güləşçimiz Hərbçilərin Dünya Oyunlarında bürünc medal qazanıb (FOTO)

Tarix: 23 Oktyabr 2019 19:36

Bakı. Trend:

Çinin Uxan şəhərində keçirilən Hərbçilərin VII Dünya Oyunları yarışları davam edir.

Müdafiə Nazirliyindən Trend-əverilən məlumata görə, oktyabrın 23-də daha bir idmançımız güləşin yunan-Roma növündə medal qazanıb. Suriyalı Abdulkərim Əl-Həsən xalça üzərinə çıxmadığı üçün ilk mərhələdən azad olan həmyerlimiz 1/4 finalda fransız Mamadassa Silladan güclü olub. Yarımfinalda dünya və ikiqat Avropa çempionu Artyom Surkovla qarşılaşan M.Rəhmanov Rusiya təmsilçisinə uduzub. Təmsilçimiz bürünc medal uğrunda görüşdə gənclər arasında son dünya çempionatının gümüş medalçısı Şant Xaçatryanla üz-üzə gəlib. Yunan-Roma güləşçimiz Ermənistan idmançısı ilə prinsipial görüşdən qalib ayrılaraq Dünya Oyunlarında üçüncü yeri tutub.

Bu MOİK komandasının Çin Xalq Respublikasında keçirilən yarışlarda qazandığı 3-cü bürünc medaldır.

Qeyd edək ki, sərbəst güləşdə Mahir Əmiraslanov (57 kq) və Ağahüseyn Musafayev (74 kq), qadın güləşində Tatyana Varansova (53 kq), eləcə də yunan-Roma güləşində Murad Bazarov (60 kq) mübarizəni medalsız başa vurublar. Daha iki yunan-Roma güləşçimiz - Həsən Əliyev (77 kq) və Rafiq Hüseynov (87 kq) isə oktyabrın 24-də xalça üzərinə çıxacaqlar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Güləşçimiz Hərbçilərin Dünya Oyunlarında bürünc medal qazanıb (FOTO) Güləşçimiz Hərbçilərin Dünya Oyunlarında bürünc medal qazanıb (FOTO) Güləşçimiz Hərbçilərin Dünya Oyunlarında bürünc medal qazanıb (FOTO) Güləşçimiz Hərbçilərin Dünya Oyunlarında bürünc medal qazanıb (FOTO)


Etiketlər:  Güləşçimiz Hərbçilərin Dünya Oyunlarında bürünc medal qazanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ