Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ömrü səkkiz il uzatmağın yolu açıqlandı - FOTO

Ömrü səkkiz il uzatmağın yolu açıqlandı - FOTO

Tarix: 4 Iyun 2023 16:26

Kifayət qədər idman, bol tərəvəz, siqaret çəkməmək: sağlam həyat tərzi bir çox xəstəliklərin riskini azalda bilər. Bəs 60, 70 və ya 80 yaşında həyat tərzini dəyişmək olarmı?

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, rusiyalı tanınmış diyetoloq Vasilisa Ponomaryovanın fikrincə, olar və mümkündür, özü də bu, həm həyat keyfiyyətini yaxşılaşdırır, həm də ömrü uzadır.

O, qidalanmada Aralıq dənizi pəhrizinə (çoxlu təzə tərəvəz və meyvə, çoxlu balıq və yüksək keyfiyyətli yağ) üstünlük verməyi tövsiyə edib.

"60 yaşlı insan həyat tərzini dəyişsə, ömrü təxminən 8 il artar. Hətta 80 yaşına çatmış insan pəhrizini dəyişdirsə, ömrünü 3 il uzada bilər", - deyə o bildirib.

Mütəxəssis bununla belə, çox ağır pəhrizləri tövsiyə etməyib. Onun sözlərinə görə, qocalıqda əzələləri və hərəkətliliyi qorumaq vacib olduğu üçün zülal qəbulunu artırmaq daha yaxşıdır.

Diyetoloq, həmçinin psixi sağlamlığın və rifahın qorunmasının vacibliyini də xatırladıb. O, yaşlı insanlara mütəmadi olaraq dostları ilə görüşməyi, aktiv ictimai həyat sürməyi tövsiyə edib.

Milli.Az


Etiketlər:  Ömrü səkkiz il uzatmağın yolu açıqlandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ