Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tikintiyə və tikinti obyektinin istismarına icazə verilməsi qaydası dəyişdi

Tikintiyə və tikinti obyektinin istismarına icazə verilməsi qaydası dəyişdi

Tarix: 5 Iyun 2023 18:42

Prezident İlham Əliyev "Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fərman əsasən, bundan sonra tikintiyə icazənin alınması üçün tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilməyəcək. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin ediləcək.

Milli.Az


Etiketlər:  Tikintiyə tikinti obyektinin istismarına icazə verilməsi qaydası dəyişdi


RƏYLƏR