Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur cizgi filminin yaradıcıları işdən qovulacaqlar

Məşhur cizgi filminin yaradıcıları işdən qovulacaqlar

Tarix: 6 Iyun 2023 06:10

"Disney" kassada uğursuzluğa düçar olan "Pixar"ın "Buzz Lightyear" animasiya filminin yaradıcılarını işdən çıxarmaq üçün misli görünməmiş bir qərar verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qərara əsasən, rejissor Anqus Makleyn, prodüser Qalin Zusman və başqaları işlərini itirəcəklər.

Ümumilikdə, təxminən 75 nəfər studiyadan qovulacaq. Bu, "Pixar"da son on ildə ilk işçi ixtisarı olacaq.

Qeyd edək ki, məşhur "Oyuncaq Hekayəsi" serialının spin-offu 200 milyon dollarlıq istehsal büdcəsinə qarşı dünyada cəmi 226,7 milyon dollar qazanıb.

Milli.Az


Etiketlər:  Məşhur cizgi filminin yaradıcıları işdən qovulacaqlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ