Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı tələbə Polşada qəfil öldü - FOTO

Azərbaycanlı tələbə Polşada qəfil öldü - FOTO

Tarix: 6 Iyun 2023 11:42

Polşada azərbaycanlı tələbə qəfil vəfat edib.

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli məlumat verib.

O bildirib ki, Varşava İqtisadiyyat və Humanitar Elmlər Universitetinin (University of Economics and Human Sciences in Warsaw) həm tələbəsi, həm də əməkdaşı olan 30 yaşlı Murad Qarayev ürəktutmadan dünyasını dəyişib.

F.Cəfərli bildirib ki, Murad Qarayevin nəşinin Azərbaycana göndərilməsi məqsədilə iş aparılır. Bunun üçün onun təhsil aldığı və işlədiyi universitet tərəfindən yardım fondu yaradılıb.


Etiketlər:  Azərbaycanlı tələbə Polşada qəfil öldü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ