Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2023 21:36
Moskva vilayətinin Ramenskoye şəhərində müəllim pensiya almaq üçün ölmüş anasının cəsədinin üzərinə beton töküb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, burada fərdi evin ərazisindəki yarıdmçı tikilidə yerləşən duş otağının döşəməsində 88 yaşlı qadının meyiti tapılıb. Mərhumun 36 yaşlı nəvəsi bildirib ki, bir il əvvəl nənəsini evdə 61 yaşlı müəllim anası basdırıb.
Mərhumun qızı anasının öz əcəli ilə öldüyünü iddia edir. Qadın pensiyanı almaq üçün anasının ölümü barədə heç kimə danışmaq istəməyib və cəsədin üstünü betonla doldurub.
Hadisə ilə bağlı araşdırma aparılır və təqaüdlər ləğv edilib.