Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millimiz Niderland və Rumıniya ilə eyni qrupa düşdü

Millimiz Niderland və Rumıniya ilə eyni qrupa düşdü

Tarix: 9 Iyun 2023 00:16

2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının elit-raund mərhələsinin püşkü atılıb.

Milli.Az Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, A qrupunda yer alan millimiz Qazaxıstan, Rumıniya və Niderland komandaları ilə qarşılaşacaq. Bu mərhələnin oyunları dekabrın 20-dək yekunlaşacaq.

Komandamız elit-raunda səfər oyunu ilə başlayacaq və yekun matçı da rəqib zalında keçirəcək.

Qeyd edək ki, Avropa zonasına 7 yer ayrıldığına görə, qrup qalibləri (5 komanda) final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik 4 "ikinci" pley-off oyunlarında iştirak edəcək və qalib gələn 2 milli də final mərhələsində gücünü sınayacaq.

Milli.Az


Etiketlər:  Millimiz Niderland Rumıniya ilə eyni qrupa düşdü


RƏYLƏR