Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fəlakətdir, Putin nə edir? - Zelenski

Fəlakətdir, Putin nə edir? - Zelenski

Tarix: 9 Iyun 2023 07:22

Kaxovka SES-də baş vermiş texnogen qəzaya görə vəziyyət son dərəcə ağırdır və rus işğalçıları insanların təxliyə edildiyi əraziyə artilleriya zərbələrini dayandırmır, yaralılar var.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Bu, təbii fəlakət və ya iqlim böhranının təzahürü deyil, bu, Putinin fəlakətidir. O nə edir? Şəxsən nəyi əmr edir?" - Zelenski söyləyib.

O qeyd edib ki, ərazinin su basmış ona yaxın yaşayış məntəqəsi işğaldadır:

"Orada ümumiyyətlə, təxliyə yoxdur - insanlar ikinci gündür damlardadırlar. İçməli sudan, yeməkdən və tibbi yardımdan məhrumdurlar. Nə qədər ölü və yaralının olduğu məlum deyil".

Milli.Az


Etiketlər:  Fəlakətdir Putin edir Zelenski


RƏYLƏR