Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2023 13:14
Sülh sazişi tezliklə imzalanacaq.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu sözləri beynəlxalq ekspert, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza sülh danışıqları haqda Globalinfo.az-a açıqlamasında deyib.
"Düşünürəm ki, Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel və ABŞ Dövlət katibi Entoni Blinkenin ev sahibliyi etdikləri son görüşlərdən əldə olunan müsbət dinamika davam edərsə, tezliklə sülh sazişi imzalana bilər. Fransa lideri Makronu müzakirələrdən kənarda saxlamaq da prosesə müsbət təsir edəcək".
M.Brayza vurğulayıb ki, sülh müqaviləsi hələ 1998-99-cu illərdə imzalana bilərdi:
"Davamlı tərəqqi üçün ən ciddi təhlükə 1999-cu ildə Ermənistan parlamentində ovaxtkı baş nazir Sərkisyanın öldürülməsi, eləcə də keçmiş prezident Levon Ter-Petrosyanın hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnən radikal erməni millətçiliyi oldu. Yəni 1998-ci ildə həmin iki erməni liderin də Azərbaycan Prezidenti Heydər Əliyevlə güzəştə getməyə hazır olduqları məqamlar vardı".