Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Safurədən mərhum nazir qayınatası ilə bağlı paylaşım - FOTO

Safurədən mərhum nazir qayınatası ilə bağlı paylaşım - FOTO

Tarix: 9 Iyun 2023 17:40

Müğənni Safura Əlizadə mərhum qayınatası, keçmiş sənaye və energetika naziri Natiq Əliyevlə bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,sənətçi sosial şəbəkə hesabında qayınatası və həyat yoldaşı iş adamı Fərhad Əliyevlə illər əvvəl çəkilən birgə arxiv fotosunu izləyiciləri ilə paylaşaraq onu yad edib.

Əlizadə şəkilə "Əziz atamız, babamız, böyüyümüz. Allah rəhmət eləsin" şərhini yazıb.

Qeyd edək ki, Natiq Əliyev 2017-ci il iyunun 8-i Türkiyənin İstanbul şəhərində müalicə olunduğu xəstəxanada ömrünün 69-cu yaşında vəfat edib.

Milli.Az


Etiketlər:  Safurədən mərhum nazir qayınatası ilə bağlı paylaşım FOTO


RƏYLƏR