Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2023 19:22
İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoninin dəfn mərasimi günü ölkədə milli matəm elan ediləcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə İtaliya hakimiyyəti məlumat yayıb.
Qeyd edək ki, dəfn mərasimi 14 iyunda Milanda keçiriləcək.
Xatırladaq ki, sabiq Baş nazir bu gün 87 yaşında vəfat edib.
-------
18:10
İtaliyanın sabiq Baş naziri Silvio Berluskoninin dəfn mərasimi 14 iyunda Milan kafedralında (Duomo di Milano) keçiriləcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə İtaliyanın "Sky TG24" telekanalı məlumat yayıb.
Vida mərasimi bu gün Berluskoninin Arkordakı villasında başlayacaq.
Xatırladaq ki, İtaliyanın sabiq baş naziri bu gün 87 yaşında vəfat edib.