Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hacı Nuran Şuşada qəzaya düşüb - VİDEO

Hacı Nuran Şuşada qəzaya düşüb - VİDEO

Tarix: 13 Iyun 2023 11:10

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov avtomobil qəzası keçirib. 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bununla bağlı televiziya ulduzu qonaq olduğu "Səhər mərkəzi" verilişində deyib. 

Hacı Nuran bildirib ki, Şuşada keçirilən "Əziz Şuşa" velosiped turuna gedərkən avtomobil qəzasına düşüb: 

"Yollar çox gözəldir. Sadəcə yolun düz ortasında yararsız vəziyyətdə beton maşını dayanmışdı. Üstümüzə bir başqa avtomobil gəldi. Çox ağır qəza keçirdik. Avtomobilimiz yararsız vəziyyətə düşdü. Mən bu qəzadan çox qorxmuşam və stress keçirmişəm. Mənimlə avtomobildə olan digər uşaqlar isə xəsarətlər alıblar. Bizə həmin an polislər kömək və yardım etdilər. Onların köməyi ilə Şuşaya gəldik". 

Milli.Az


Etiketlər:  Hacı Nuran Şuşada qəzaya düşüb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ