Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2023 15:46
ABŞ Qarabağdakı separatçıları Azərbaycanla görüşməyə çağırır, əgər qondarma qurum bu çağırışdan imtina edərsə, Bakı anti-terror əməliyyatı keçirəcək.
Mili.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə RİA Novosti Vaşinqtondakı diplomatik mənbəyə istinadən məlumat yayıb.
"Vaşinqton ultimatum formasında Qarabağ nümayəndələrini (separatçıları-red.) Azərbaycan tərəfi ilə yaxın gələcəkdə amerikalı kuratorun iştirakı ilə üçüncü ölkədə görüşə razılaşmağa çağırır. Məqsəd ABŞ-ın bölgəyə daxil olmasıdır", - məlumatda bildirilib.
Mənbə qeyd edib ki, Amerikanın sülhməramlı təşəbbüsünü Qarabağdakı separatçılara qondarma rejimin "xarici işlər naziri" Sergey Kazaryan çatdırır:
"Onun maraqları Azərbaycanın maraqlarına tam uyğundur".