Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2023 17:58
Tokioda "Harri Potter" filmlərindən ilhamlanan əyləncə parkı açılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "The Warner Bros Studio Tour Tokyo - The Making of Harry Potter" adlı park dünyanın ən böyük qapalı "Harri Potter" attraksionudur. Burada Hoqvarts Məktəbinin dekorasiyaları və ziyarətçilərə özlərini "Harri Potter" filmlərinin iştirakçıları kimi hiss etməyə imkan verəcək texnologiyalar nümayiş olunur.
Xüsusilə, parkda hərəkət edən şəkillər diqqət çəkir.
Qeyd edək ki, Yaponiyadakı qapalı park dünyada ikinci belə attraksiondur. Onun ilk analoqu "Studio Tour London" 2012-ci ildə Londonda açılıb.