Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2023 21:42
"Rusiya lideri Vladimir Putin hakimiyyətini böyük ölçüdə itirib".
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) keçmiş əməkdaşı Yuri Şvets deyib.
"Müşahidələrimə əsasən ölkədə hakimiyyətini xeyli dərəcədə itirib", - keçmiş kəşfiyyatçı bildirib.
Onun fikrincə, "Vaqner" lideri Yevgeni Priqojinlə Rusiya müdafiə naziri Sergey Şoyqu arasında mübahisə dövlətin idarəolunmaz olmasına dəlalət edir.
"Müharibə şəraitində bu olmamalıdır. Priqojinin dedikləri Rusiya silahlı qüvvələrinin rəhbərliyini amansızcasına gözdən salmaqdır", - Şvets əlavə edib.
Yevgeni Priqojin "Vaqner"in Rusiyanın nizami ordusunun tərkibinə daxil edilməsi əmri ilə bağlı Sergey Şoyquya sərt cavab vermişdi. Priqojin bildirmişdi ki, "Vaqner" üzvləri Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamayacaqlar.