Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Brilliant: ''Həyat yoldaşımın həddindən artıq təmizkarlığı məni əsəbləşdirir'' - VİDEO

Brilliant: ''Həyat yoldaşımın həddindən artıq təmizkarlığı məni əsəbləşdirir'' - VİDEO

Tarix: 17 Iyun 2023 14:50

"Həyat yoldaşım Ədalət Hacıyevlə 1985-ci ildə tanış olub, 1988-cu ildə ailə qurmuşuq. Bizim bir-birimizə olan sevgimiz, dostluğumuz, ruh əkizi olmağımız olsa da, Ədalətin xasiyyətində elə xüsusiyyətlər var ki, onlara çox əsəbləşirəm. O həddindən artıq təmizkardır".  

Sonxeber.net bizim.media-ya istinadən bildriir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu "Xəbər-ətər" verilişində deyib.  

Sənətçi həyat yoldaşı Əməkdar incəsənət xadimi Ədalət Hacıyevin həddindən artıq təmizkar olmasından gileylənib:

"Əslində həddindən artıq sözünü sevmirəm. Çünki heç nə həddindən artıq olmur. Amma bu təmizkarlıq həddindən artıq olanda artıq mən susuram. Danışmıram, çünki artıq öyrəşmişəm bunlara. Deyir ki, Brilliant xanım, artıq belim ağrıyır. Evdə əşyaların yerlərini dəyişir. Özü də bundan yorulur, ustaları da çağırır. Evimiz muzey kimi təmizdir. Mən onların evlərinə gedəndə də elə idi. 

Ədalətin özü də anası da çox təmizkardır. Bəlkə də Ədalət başqa cür olsaydı, onunla yaşaya bilməzdim. Mən evdə siqaret çəkən, spirtli içki içən kişi ilə yaşaya bilməzdim. Bir sözlə, bağrım çatlayardı".  

B.Dadaşova bildirib ki, oğulları Cahada görə tez-tez həyat yoldaşı ilə mübahisələri düşür:

"Biz Ədalətlə oğlumuz Cahadın üstündə çox mübahisələr edirdik. O heç zaman Cahadı cəzalandırmırdı. Evdə bir mən pis olurdum. Cahadı yalnız mən cəzalandırırdım. Atası isə ona hər şeyi icazə verirdi. Ona görə mübahisələrimiz düşürdü".  


Etiketlər:  Brilliant Həyat yoldaşımın həddindən artıq təmizkarlığı məni əsəbləşdirir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ