Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Maykl Cordan basketbol klubunu satır

Maykl Cordan basketbol klubunu satır

Tarix: 17 Iyun 2023 18:06

Maykl Cordan sahibi olduğu "Şarlott" basketbol klubunu satmaq qərarına gəlib.

Keçmiş NBA oyunçusu, 6 qat çempion Maykl Cordan klubun nəzarət səhm paketini Qeyd  Plotkin və Rik Şnellə təhvil verəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, müqavilə yaxın günlərdə imzalanacaq.

Sövdələşmənin başa çatmasından sonra Cordanın klubda müəyyən payını və iştirakını saxlaması gözlənilir.

Qeyd edək ki, keçmiş basketbolçu "Şarlott"u 2010-cu ildə 275 milyon dollara alıb.

"Forbes" klubu 1,7 milyard dollar dəyərində qiymətləndirib.

Milli.Az


Etiketlər:  Maykl Cordan basketbol klubunu satır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ