Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın iki güləşçisi erməni rəqiblərinə qalib gələrək Avropa çempionu olub

Azərbaycanın iki güləşçisi erməni rəqiblərinə qalib gələrək Avropa çempionu olub

Tarix: 17 Iyun 2023 22:08

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Sonxeber.net-a bildirilib ki, beşinci yarış günündə 48, 55, 65, 80 və 110 kq-da yer alan sərbəst güləşçilər xalçaya çıxıb.

Mübarizəyə 1/4 finaldan qoşulan Bəşir Verdiyev (48 kq) son saniyələrdə qələbəni əldən verib. Güləşçimiz gürcüstanlı Gegi Onianiyə sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub.

Hacı Kərimov (55 kq) əvvəlcə türkiyəli Hacı Zadəyə tam üstünlüklə qalib gəlib - 10:0. 1/4 finalda rusiyalı İbrahimhacı Maqomedovla görüş gərgin mübarizə şəraitində keçib. Yekunda 12:10 hesablı qələbə Kərimovu yarımfinala daşıyıb. Milli üzvü yarımfinalda fransalı Ubayda İtayevə heç bir şans tanımayaraq (12:0) adını finala yazdırıb. Hacı həlledici görüşdə ermənistanlı Samvel Gevorqyanla üz-üzə gəlib. Qarşılaşmanın əvvəlindən təşəbbüsə yiyələnən Kərimov tam üstünlüklə (13:0) qalib gələrək Avropa çempionu olub.

Mirzəağa Axundov (65 kq) debütdə isveçrəli Aaron Zberqə 11:0 hesabıyla qalib gəlsə də, 1/8 finalda türkiyəli Rəmzi Temura müqavimət göstərə bilməyib - 0:12. Rəqib finala yüksəldiyi üçün Axundov təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Həmyerlimiz bolqarıstanlı Erdal Qalipi tam üstünlüklə (10:0) mübarizədən kənarlaşdırıb. Mirzəağa bürünc medal uğrunda görüşdə belaruslu Aleksandr Kambayevə heç bir şans tanımayıb (12:2) və fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Şeyxəli Babazadə (80 kq) startda polşalı Bartlomey Novakovskiylə bacarmayıb - 4:9.

Yarışa 1/4 finaldan başlayan Yusif Dursunov (110 kq) belaruslu Yaraslav Koxanı "tuş"la yolundan kənarlaşdırıb. Ağstafa güləş məktəbinin yetirməsi yarımfinalda türkiyəli Arda Güləri də vaxtından əvvəl məğlub edərək (11:0) 2-ci dəfə Avropa çempionatının finalına yüksəlib. Dursunovun finalda rəqibi ermənistanlı Henrik Haykyan olub. Gərgin mübarizə şəraitində keçən görüşdə xalların keyfiyyətinə görə (4:4) qələbə qazanan Ağstafa güləş məktəbinin yetirməsi titulunu qoruyub.


Etiketlər:  Azərbaycanın güləşçisi erməni rəqiblərinə qalib gələrək Avropa çempionu olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ