Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İnsult Allahın mənə lütfü oldu'' - VİDEO

''İnsult Allahın mənə lütfü oldu'' - VİDEO

Tarix: 18 Iyun 2023 15:15

"İnsult Allahın mənə lütfü oldu. Başqa şeylər ola bilərdi, amma ən yüngülü oldu".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Nisə Qasımova sosial şəbəkədə paylaşdığı videoda deyib. Sənətçi vurğulayıb ki, sağalacağına ümid etmirmiş:

"Etiraf etmək istəyirəm ki, ötən ilin noyabrından efirlərdə görünmürdüm. Təəssüf edirəm, amma bu da Allahın bir lütfü idi ki, xəstələndim. İnanmırdım sağalam, danışığım, səsim demək olar ki, yox idi. Amma bu gün sevincimin həddi hüdudu yoxdur. Heç danışa bilmirdim, məni qəm, qüssə bürümüşdü. İçimdə bir inam var idi, amma müəyyən bir vaxtdan sonra onu da itirdim. Həkimim mənə böyük stimul verdi. Bəzi peşəkar həkimlər bu barədə çox düşünməməyimi, danışa bilməyəcəyimi demişdilər. Oxumaqdan isə söhbət gedə bilməzdi. Təsəvvür edin ki, mənim üçün nə qədər ağır bir şey idi. Xəstələnmədən əvvəl bir neçə mahnım var idi ki, onları oxumalı idim, amma olmadı. Həkimim mənim mələyimdir. Bu müddətdə insana əsas lazım olan şeyləri öyrəndim. Allaha şükür!".


Etiketlər:  İnsult Allahın mənə lütfü oldu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ