Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2023 22:26
Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatı sona çatıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, altıncı yarış günündə Azərbaycan güləşçiləri iki qızıl, iki bürünc medal qazanıblar.
Cəfər Cəfərov (45 kq) finalda gürcüstanlı Mate Tsinadzeni vaxtından əvvəl məğlub edərək (11:0) Avropa çempionu olub.
Seyhun Əlizadə (51 kq) təsəlliverici görüşdə britaniyalı Danuş Yovkarla qarşılaşıb və 10:0 hesablı qələbəyə sevinib. Seyhun son qarşılaşmada moldovalı Marsel Andronakeni 5:2 hesabıyla üstələyərək bürünc medal qazanıb.
Camal Abbasov isə (60 kq) həlledici görüşdə rusiyalı Akramat Şakriyevlə üz-üzə gəlib. Gəncə güləş məktəbinin yetirməsi 9:2 hesablı qələbəylə ardıcıl 2-ci dəfə U-17 Avropa çempionatının qalibi olub.
İsmayıl Rəhimli (71 kq) təsəlliverici görüşdə gürcüstanlı Yoseb Mefarişvilini mübarizədən kənarlaşdırıb - 5:2. Son görüşdə almaniyalı Feliks Şmitdən xalların keyfiyyətinə görə (3:3) üstün olan Rəhimli bürünc medalı boynundan asıb.