Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bütün sosial müavinətlər BU TARİXDƏ ödəniləcək

Bütün sosial müavinətlər BU TARİXDƏ ödəniləcək

Tarix: 19 Iyun 2023 09:56

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Qurban bayramı ilə əlaqədar qrafikdən əvvəl - iyunun 22-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

Bu barədə Milli.Az-a Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Xatırladaq ki, pensiyaların orta aylıq məbləği 18 faiz artaraq 433 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 466 manata çatıb.

Bu ilin yanvar-may ayları ərzində 15,7 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 87,1 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Milli.Az


Etiketlər:  Bütün sosial müavinətlər BU TARİXDƏ ödəniləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ