Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Krımda separatçı liderin avtomobili partladı - VİDEO

Krımda separatçı liderin avtomobili partladı - VİDEO

Tarix: 19 Iyun 2023 19:34

Zaporojyedəki separatçıların "baş nazirinin müavini" Vladimir Yepifanovun avtomobili partlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Baza" məlumat yayıb.

Məlumata görə, Yepifanovun idarə etdiyi "Land Kruzer" markalı avromobilin qaz balonu partlayıb. Partlayış nəticəsində Yepifanov idarəetməni itirib və avtomobil yol kənarındakı maneəyə çırpılıb.

Avtomobildə Yepifanovla yanaşı, onun katibi və mühafizəçisi də olub. Hər üç şəxs müxtəlif dərəcəli yanıq xəsarəti alıb.

Hazırda Yepifanov həkim nəzarəti altındadır.

Milli.Az


Etiketlər:  Krımda separatçı liderin avtomobili partladı VİDEO


RƏYLƏR