Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paytaxtda qeyri-yaşayış obyektləri bahalaşacaq - VİDEO

Paytaxtda qeyri-yaşayış obyektləri bahalaşacaq - VİDEO

Tarix: 19 Iyun 2023 19:46

Paytaxtda qeyi-yaşayış obyektlərinin qiymətləri qalxacaq.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, buna səbəb bu və ya digər səbəbdən indiyə qədər tikilən və sənədləşdirilə bilməyən obyektlərin sənədləşmməsi prosedurlarının sadələşdirilməsidir.

Əmlak eksperti Ramil Osmanlı deyir ki, ölkə başçısının qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı fərmanı obyekt bazarına da təsir edəcək. Çünki indiyə qədər sənədi olmayan obyektlər bəzi hallarda dəyərindən ucuz satılırdı və ya sahibi satış prosesində bir sıra problemlə üzləşirdi.

Bundan başqa həmin obyektlər sənbədləşdikdən sonra sahiblərinin hüquqları da əmlak üzərində tam təmin ediləcək. O da bildirildi ki, bu fərman indiyə qədər tikilən obyektlərə şamil ediləcək

Ekspert bildirdi ki, bu fərman yaxın iki il ərzində ümumilikdə 40 minə yaxın obyektin sənədləşməsinə gətirib çıxaracaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Paytaxtda qeyri yaşayış obyektləri bahalaşacaq VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ