Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2023 15:25
Türkiyənin "Star TV" telekanalında yayımlanan və sevilərək izlənilən serialı "Yalı çapkını"nın daha iki aktyorunun eşq yaşaması ilə bağlı iddialar yayılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, serialın "Fuat"ı Doğukan Polat və "Dicle" obrazını canlandıran Selen Özbayrak sevgilidir.
Qeyd edək ki, "Yalı çapkını" serialı 36-cı bölümü ilə mövsüm finalına çıxıb. Daha öncəki bölümlərdən birində "Fuat" avtomobil qəzasına düşərək həyatını itirib və buna görə aktyor serialdan ayrılıb.
Xatırladaq ki, serialda rol alan və eşq yaşadıqları iddia olunan başqa aktyorlar da var. Belə ki, məlumatlara görə, serialın baş qəhrəmanları "Seyran" və "Ferit" obrazını canlandıran Afra Saraçoğlu və Mert Ramazan Demir, "Suna" obrazını canlandıran aktrisa Beril Pozamla "Abidin"i canlandıran Ersin Arıcın və ekran işində "Gülgün" və "Orhan" obrazlarını canlandıran Gözde Kansu ilə Emre Altuğ eşq yaşamağa başlayıb.