Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qatarla yük maşını toqquşdu, 20-dən çox insan xəsarət aldı

Qatarla yük maşını toqquşdu, 20-dən çox insan xəsarət aldı

Tarix: 21 Iyun 2023 21:28

Çexiyanın şimalındakı Liberets şəhəri yaxınlığında sərnişin qatarı yük maşını ilə toqquşub, ikisi uşaq olmaqla 21 nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə xilasedicilər və yanğınsöndürənlərin birgə xidmətinin nümayəndəsi Mixail Georgiyev bildirib.

Qatarda 65 sərnişin, o cümlədən yerli məktəblərdən birinin 19 şagirdi olub. Həkimlər zərərçəkənləri müayinə edib və müəyyən ediblər ki, onlardan 9-nun xəsarətləri orta-ağır, qalanları isə yüngül xəsarətdir.

Hadisənin səbəbləri polis tərəfindən araşdırılır. Dəmir yolunun qəza baş verən hissəsində təmir işlərinə ehtiyac olduğu üçün hərəkət yalnız bir neçə günə bərpa olunacaq.

Milli.Az


Etiketlər:  Qatarla yük maşını toqquşdu dən çox insan xəsarət aldı


RƏYLƏR