Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daşkəsəndə təbiət hadisəsinin vurduğu ziyanla bağlı hamı səfərbər olub... - VİDEO

Daşkəsəndə təbiət hadisəsinin vurduğu ziyanla bağlı hamı səfərbər olub... - VİDEO

Tarix: 22 Iyun 2023 13:58

Yol kənarında istinad divarının uçması nəticəsində nəqliyyatın hərəkəti müvəqqəti çətinləşsə də, ciddi fəsad baş verməyib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, yolun digər tərəfindəki fərdi ev də  bir neçə saat davam edən leysandan ciddi zərər görüb, 3 ailənin 11 üzvü evi tərk etməli olub.

Baş vermiş fəsadların aradan qaldırılması və kommunikasiyaların bərpası istiqamətində Daşkəsən RİH yanında FHK tərəfindən iş aparılır.

Aramsız yağıntılar Daşkəsən rayonunun Bayan, Çanaqçı, Quşçu, Aşağı Daşkəsən, Alaxançallı və Qaraqullar kəndlərində də körpülərə və yollara, əkin sahələrinə ciddi ziyan vurub. Dağlardan gələn iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən bəzi yollarda nəqliyyatın hərəkəti dayanıb.

Yollar xüsusi texnikalar vasitəsilə açılıb, bərpa işləri davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Daşkəsəndə təbiət hadisəsinin vurduğu ziyanla bağlı hamı səfərbər olub VİDEO


RƏYLƏR