Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Neftçalada qatar yük maşınını vurub, ölən var - FOTO

Neftçalada qatar yük maşınını vurub, ölən var - FOTO

Tarix: 23 Iyun 2023 15:46

Neftçalada teplovoz ilə yük maşını toqquşub, ölən var və xəsarət alan var.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qazaxbərəsi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, tənzimlənməyən dəmir yolunda teplovoz yük maşını ilə toqquşub. Qəza nəticəsində İmişli rayon sakini, 1995-ci il təvəllüdlü Vüsal Rüstəm oğlu Fəxrəddinov hadisə yerində ölüb. Salyan rayon sakini, 1969-cu il təvəllüdlü İbad İnqilab oğlu İbadov isə xəsarət alıb.

Xəsarət alan Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı ADY Mətbuat Xidməti açıqlama yayıb:

"Bu gün saat 12:50 radələrində "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə məxsus teplovoz Neftçala rayonu ərazisində Qırmızıkənd-Daykənd mənzilində hərəkətdə olarkən 99-ZU-832 dövlət nömrə nişanlı "Shacman" markalı yük maşını qorunmayan dəmir yolu keçidində qəfil qatarın qarşısına çıxıb.

Təəssüflə qeyd edirik ki, maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və yük maşınının sürücüsü, İmişli rayonu Qaradonlu kənd sakini Vüsal Rüstəm oğlu Fəxrətov həlak olub. Hadisənin baş vermə səbəbləri aidiyyəti üzrə araşdırılır", - qurumdan bildirilib.

Milli.Az


Etiketlər:  Neftçalada qatar yük maşınını vurub ölən var FOTO


RƏYLƏR