Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyadan gətirilən bu qida məhsulları YARARSIZ ÇIXDI

Rusiyadan gətirilən bu qida məhsulları YARARSIZ ÇIXDI

Tarix: 23 Iyun 2023 21:50

Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Agentlikdən Milli.Az-a verilən məlumata görə, həmin tədbirlər çərçivəsində "Lime and Co" MMC tərəfindən Rusiya Federasiyasından idxal olunan "PenzaMolinvest" MMC-nin istehsalı olan 1039,5 kiloqram dondurulmuş hind quşu budu məhsulundan götürülmüş nümunələrin müayinələri nəticəsində salmonella aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb. Həmçinin istehsalçının respublikamıza həmin məhsulu idxalına müvəqqəti qadağa qoyulub və ixracatçı ölkənin aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.

Milli.Az


Etiketlər:  Rusiyadan gətirilən bu qida məhsulları YARARSIZ ÇIXDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ