Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2023 08:50
Parisdəki "Bonhams-Cornette de Saint Cyr" hərrac evində fransız aktyoru Alen Delonun 80-dən çox sənət əsərindən ibarət kolleksiyası satışa çaxırılıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, Delonun 60 il ərzində topladığı sənət kolleksiyası 2 dəfə baha qiymətə, 8 milyon avroya satılıb.
Hərracda satılan əsas sənət əsərləri arasında dəyəri 1,01 milyon avro olan Raul Dufinin "Sent-Ünvandakı çimərlik" (1906) tablosu və Ejene Delakrua tərəfindən çəkilmiş "Ərəb atı" (1825) adlı rəsm əsəri var. Bu portret isə 775 min avroya yeni sahibinə təqdim olunub.
Şəxsən Alen Delon hərracda iştirak etməyib.
Qeyd edək ki, kolleksiyada İtaliya İntibah dövrünə aid heykəllər də var idi.