Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Britaniyada smartfonlar “dəli oldu”: Polisə gələn zənglərin ardı-arası kəsilmir - FOTO

Britaniyada smartfonlar “dəli oldu”: Polisə gələn zənglərin ardı-arası kəsilmir - FOTO

Tarix: 24 Iyun 2023 09:28

Böyük Britaniya Milli Polisinin Rəislər Şurası "Android 12"də smartfonun güc düyməsini sıxmaqla yaranan təcili zəng funksiyasından şikayətlənib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, yenilik sayəsində hüquq-mühafizə orqanlarının telefon xətlərinə gələn yalançı zənglərin ardı-arası kəsilmir.

"Ölkə səviyyəsində bütün fövqəladə hallar xidmətlərinə hazırda rekord dərəcədə çox zənglər gəlir. Bunun bir neçə səbəbi var, lakin onlardan biri, fikrimizcə, əhəmiyyətli təsirə malikdir ki, bu da "Android" smartfonları üçün olan yeniləmədir", - deyə polisdən bildirilib.

Qeyd olunur ki, telefonun yandırılma düyməsinin bir neçə dəfə sıxılması ilə təcili fövqəladə zənglər etmək imkanı "Android 12" buraxıldıqdan sonra smartfonlarda peyda olub. Bu funksiya "Samsung", "Google" və "Xiaomi" smartfonlarında aktivdir.

"Google" sözçüsü jurnalistlərə müsahibəsində bildirib ki, şirkət smartfon istehsalçılarına cihazlarında fövqəladə xidmətlərə təsadüfi zənglərin qarşısını almaq üçün təlimatlar verəcək. Şirkət onu da qeyd edib ki, bu problemdən əziyyət çəkənlər təcili zəngləri söndürməlidirlər.

Milli.Az


Etiketlər:  Britaniyada smartfonlar dəli oldu Polisə gələn zənglərin ardı arası kəsilmir FOTO


RƏYLƏR