Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-də “ChatGPT” insanları pis vəziyyətdə qoydu: İlk cərimə tətbiq edildi

ABŞ-də “ChatGPT” insanları pis vəziyyətdə qoydu: İlk cərimə tətbiq edildi

Tarix: 24 Iyun 2023 18:12

ABŞ-də vəkillər məhkəmə prosesində "ChatGPT" neyron şəbəkəsi tərəfindən verilən feyk informasiyadan istifadə etdikləri üçün cərimələniblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Levidow, Levidow & Oberman PC" adlı Nyu-York hüquq firması məhkəmə proseslərində süni intellektlə yaradılmış feyk sitatlardan istifadə etdiyinə görə 5000 dollar məbləğində cərimələnib.

Bu, dünyada ilk hadisə olub ki, süni intellekt insanı pis vəziyyətdə qoyub və cəza almasına səbəb olub.

Lakin məhkəmə hökmündən də anlaşıldığı kimi, problem süni intellektdən daha çox ondan ibarət olub ki, cərimələnən vəkillər neyroşəbəkənin verdiyi sitatların feyk olduğuna dair əlamətlərə bilərəkdən məhəl qoymayıblar.

Milli.Az


Etiketlər:  ABŞ ChatGPT insanları pis vəziyyətdə qoydu İlk cərimə tətbiq edildi


RƏYLƏR