Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Müğənni ilə evlənmərəm" - Talıb Tale

Tarix: 24 Iyun 2023 21:25

Aparıcı Xoşqədəm Hidayətqızı müğənni Talıb Talenin bir neçə dəfə nişanını qaytardığını açıqlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcı verilişinə qonaq olan Talıba "Neçə dəfə nişanı qaytardın, bunları analiz edə bilmədin" sualını ünvanlayıb.

Talıb "Hər şeyi analiz edə bilirəm, şəxsi həyatı yox" cavabını verib.

Xoşqədəm 42 yaşlı ifaçıya "Qəşəng müğənnilər var, duetlər də oxuyursan. Biri ilə evlən" sözlərini deyib. 

Talıb isə müğənni ilə evlənmək istəmədiyini bildirib:

"Müğənni ilə? İnanmıram müğənni ilə evlənim. Mənim də çətin xasiyyətim var, onları düzəltməliyəm. Səbəb açıqlaya bilməyəcəyəm, amma olmaz".

Milli.Az


Etiketlər:  Müğənni ilə evlənmərəm Talıb Tale


RƏYLƏR