Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2023 23:51
Sirr deyil ki, düz bir qarına sahib olmaq üçün ən yaxşı yol müntəzəm idman məşqləri etməkdir. Ancaq bu yorucu görünürsə, sizi daima tox tutacaq, mədədə şişkinlik yaratmayacaq qidalar istehlak edərək bu problemdən qurtula bilərsiniz.
Sonxeber.net axşam.az-a istinadən sözügedən qidaların siyahısını təqdim edir:
Yumurta
Yumurta yüksək keyfiyyətli protein mənbəyidir. Sizi gün ərzində tox saxlayacaq və mədədə hər hansı şişkinlik yaratmayacaqdır. Əgər idmanla məşğul olursunuzsa, məşqdən sonra bir saat ərzində yeməməlisiniz.
Soya
Soya zülal, lif və antioksidantlar mənbəyidir. Ondan şorba ilə yanaşı smuzi də hazırlaya bilərsiniz.
Giləmeyvə
Giləmeyvələrdə şəkər azdır və antioksidantlarla zəngindir. Ən yaxşı nəticə üçün hər gün bir fincan giləmeyvə yeyin. Bu, həzm prosesinizi sürətləndirəcək, qan şəkərinizi sabitləşdirəcək və şişkinliyi azaldacaqdır. Bundan əlavə, giləmeyvə sizi gün ərzində daha çox enerji ilə təmin edəcəkdir. Şişkinlik yaradan şirniyyatları məhz giləmeyvə ilə əvəz etməyiniz daha yaxşı olar.
Avokado
Avokado sağlam pəhriz üçün ən qidalı və sağlam meyvələrdən biridir. Pəhriz zamanı aclığı aradan qaldırmaq üçün bu meyvə kifayətdir. Avokadonun tərkibindəki yağ turşuları qarın bölgəsindəki yağları yandırmağa kömək edir.
Qoz-fındıq
Qoz-fındıq bu siyahıda olsa da, çox yemək olmaz. Buna səbəb tərkibində həddindən artıq yağın olmasıdır. Bununla belə, gündə bir ovuc bu çərəzlərdən yemək sizi tox tutacaqdır. Qoz-fındıq zülal və liflə zəngindir ki, bu da qan şəkərinin səviyyəsini sabitləməyə və aclıq hissi ilə mübarizə aparmağa kömək edəcəkdir.
Süzmə
Süzmə proteinlə zəngin mükəmməl qəlyanaltıdır. Bu iştahınızı cilovlamağa kömək edəcək və sizə tox olduğunuzu hiss etdirəcəkdir. Süzmədən desertlərinizdə də istifadə edə bilərsiniz.
Alma
Almanın tərkibində 5 qram lif, həmçinin yağları təbii şəkildə yandıran pektin var. Bu meyvədə şəkər və kalori azdır. Bundan əlavə, araşdırmalara görə, gündə ən azı bir alma yeyənlər onu istehlak etməyənlərə nisbətən daha tez arıqlayırlar.
Quinoa
Yarım stəkan quinoada 11 qram protein və 5 qram lif var. Həmçinin, zülal, amin turşuları, fosfor və B vitamini ilə zəngindir.
Balıq
Balıq maddələr mübadiləsini sürətləndirir. Tərkibindəki zülal toxluq hissi yaradır, omeqa-3 yağ turşuları isə arıqlamağa kömək edir.
Kahı
Kahı sizi enerjili tutacaq və çəki atmaqda ən yaxın köməkçiniz olacaqdır. Kahı fitonutrientlərlə və liflə zəngindir. Pəhriz zamanı yeməyə kahı ilə başlayıb, daha sonra digər qidaları istehlak etməyiniz tövsiyə olunur.