Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şoyqu “Vaqner”in silahlı qiyamından sonra ilk dəfə üzə çıxdı - FOTO

Şoyqu “Vaqner”in silahlı qiyamından sonra ilk dəfə üzə çıxdı - FOTO

Tarix: 26 Iyun 2023 10:28

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu "Vaqner"in silahlı qiyamından sonra ilk dəfə üzə çıxıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi onun vəzifə başında görüntülərini yayıb.

Qeyd olunub ki, o, xüsusi əməliyyat zonasında komanda məntəqələrindən birinə gedib və yoxlamalar aparıb.

S. Şoyqu qrup komandiri general-polkovnik Yevgeni Nikiforovun mövcud vəziyyət barədə məruzəsini dinləyib.

Müdafiə naziri şəxsi heyəti Ukrayna Silahlı Qüvvələrinin planlarını əvvəlcədən aşkarlamaq və qabaqlayıcı tədbirlər görmək barədə tapşırıq verib.

O, həmçinin fəal kəşfiyyat işlərinin davam etdirilməsini əmr edib.

Qeyd edək ki, iyunun 24-də "Vaqner" özəl hərbi şirkəti silahlı qiyama cəhd etmişdi. Bundan sonra S. Şoyqu barədə heç bir məlumat yox idi. Onun istefaya göndəriləcəyi iddia edilir.


Etiketlər:  Şoyqu Vaqnerin silahlı qiyamından sonra dəfə üzə çıxdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ