Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pomidor yeyənlər daha çox yaşayır

Pomidor yeyənlər daha çox yaşayır

Tarix: 27 Iyun 2023 11:12

Pomidor bir çox sağlamlıq probleminin qarşısını almağa kömək edir, ürək-damar sisteminin işini normallaşdırır. Pomidorda olan çoxlu kalium, xolin, likopen, beta-karotin, lutein və zeaksantin qan damarlarının divarlarını gücləndirməyə, "pis" xolesterinin səviyyəsini və qan laxtalanma riskini azaltmağa kömək edir. Bundan əlavə, pomidor sevənlər bir qayda olaraq, təzyiqlə bağlı problem yaşamırlar. 

Pomidorun aşağı kalorili olması maddələr mübadiləsi üçün son dərəcə faydalıdır. Müntəzəm istifadə köp və qəbizliyi aradan qaldırır, görmə qabiliy­yətini artırır. 

Sonxeber.net lent.az-a istinadən bildirir ki, Kanada alimləri müəyyən ediblər ki, gündə 3 pomidor yeyən insan, onu sev­məyəndən orta hesabla 5 il sonra yaşla bağlı ilk dəyişikliyi hiss edir.

B vitaminləri ilə zəngin olduğu üçün çiy yeyiləndə qanda qlükozanı azaldır. 

Pomidor qanda sərbəst radikalları neytrallaşdıran və xərçəng riskini azal­dan antioksidantlarla və vitaminlərlə zəngindir. Xüsusilə, prostat, mədə və kolorektal xərçəngin qarşısının alınma­sında təsirlidir.

Tərkibində fosfor, maqnezium, ka­lium və kalsium olduğundan sümüyü gücləndirir, osteoporozun qarşısını alır.


Etiketlər:  Pomidor yeyənlər daha çox yaşayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ