Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dopinqə görə cəzalanan dünya çempionu intihar etdi

Dopinqə görə cəzalanan dünya çempionu intihar etdi

Tarix: 27 Iyun 2023 19:12

Qazaxıstanlı ağır atlet və 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarının iştirakçısı Vladimir Sedov intihar edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, 35 yaşlı ağır atletin meyiti Karatal rayonunun Dostıq kəndində yaşadığı ünvanda aşkarlanıb. Onun bədənində heç bir xarici zorakı ölüm əlamətləri aşkar edilməyib. Yaxınlarının ifadəsinə görə, o, intihar edib.

Hazırda intihar faktı ilə bağlı Cinayət Məcəlləsinin 105-ci "Özünü öldürmə həddinə çatdırma" maddəsilə ibtidai istintaq aparılır.

Sedov dördqat Qazaxıstan çempionu olmaqla yanaşı, 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarının iştirakçısıdır və orada dördüncü yeri tutur. 2009-cu ildə dünya çempionu olub. 2016-cı ilin yayında Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) 2008-ci il Pekin Oyunlarında Sedovdan götürülmüş iki dopinq testinin uğursuz nəticələri barədə məlumat vermişdi. Nümunədə anabolik steroid preparatı olan stanozolol aşkar edilib. 2019-cu ilin dekabrında IWF 2008-2016-cı illər arasında idmançının bütün ağır atlet titullarını ləğv etdi.

Milli.Az


Etiketlər:  Dopinqə görə cəzalanan dünya çempionu intihar etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ