Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Ukraynaya raket zərbəsi endirib, 4 nəfər ölüb, 40-dan çox insan yaralanıb

Rusiya Ukraynaya raket zərbəsi endirib, 4 nəfər ölüb, 40-dan çox insan yaralanıb

Tarix: 28 Iyun 2023 07:52

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə raket zərbəsi endirib, nəticədə 4 nəfər həlak olub, 40-dan çox insan yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər naziri İqor Klimenko bildirib.

Onun sözlərinə görə, Kramatorska iki raket zərbəsi endirilib:

"Rusiya insanların sıx toplaşdığı yerləri hədəfə alıb. İctimai iaşə obyektinin binalarına və bir neçə fərdi evə ziyan dəyib".

Nazir qeyd edib ki, dağıntılar altında insanlar ola bilər. Hadisə yerində xilasedicilər və polis işləyir.

Donetsk vilayətinin polisi bildirir ki, ilkin məlumatlara görə, Rusiya şəhəri iki S-300 raketi ilə vurub.

Milli.Az


Etiketlər:  Rusiya Ukraynaya raket zərbəsi endirib 4 nəfər ölüb 40 dan çox insan yaralanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ