Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kramatorska raket hücumu: ölənlərin sayı 11-ə çatdı

Kramatorska raket hücumu: ölənlərin sayı 11-ə çatdı

Tarix: 29 Iyun 2023 07:10

Donetsk vilayətinin Kramatorsk şəhərinə iyunun 27-də Rusiyanın raket hücumu nəticəsində ölənlərin sayı 11-ə yüksəlib. Ölənlər arasında 3 uşaq da var. Dağıntılar altında hələ də sakinlərin olması ehtimal edilir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat verib.

"Axşam saatlarına olan məlumata görə, üçü uşaq olmaqla, 11 nəfərin öldüyü məlumdur. Daha 61 nəfər xəsarət alıb", - nazirlikdən bildirilib.

Qeyd edək ki, Rusiya qoşunları iyunun 27-də axşam saatlarında Kramatorska raket hücumu zamanı S-300 zenit-raket kompleksindən istifadə edib. Raket dinc sakinlərin çox olduğu şəhər mərkəzindəki kafelərdən birini dağıdıb.

Milli.Az


Etiketlər:  Kramatorska raket hücumu ölənlərin sayı çatdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ