Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həbsxanaya girərək məhbusları azad etməyə çalışıblar

Həbsxanaya girərək məhbusları azad etməyə çalışıblar

Tarix: 29 Iyun 2023 08:02

Fransanın şimal-mərkəzindəki Val-de-Marn departamentində bir qrup naməlum şəxs həbsxanaya soxularaq məhbusları azad etməyə cəhd edib.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "Figaro" qəzeti yazıb.

"Onlarla insan əvvəlcə binaya atəşfəşanlıq edib, həyəcan siqnalı verib", - qəzet yazıb.

Qeyd olunur ki, bir neçə dəqiqədən sonra onlarla qara paltarlı şəxs həbsxanaya soxularaq məhbusları azad etməyə çalışıb. Hadisə yerinə Milli Polisin elit bölməsi göndərilib və hücum edənləri geri oturdub.

Milli.Az


Etiketlər:  Həbsxanaya girərək məhbusları azad etməyə çalışıblar


RƏYLƏR