Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

""Vaqner" artıq Ukraynada döyüşməyəcək"

Tarix: 29 Iyun 2023 19:42

Priqojinin qiyamının nəticəsi odur ki, onun döyüşçüləri artıq Ukraynaya qarşı döyüşməyəcəklər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib.

"Rusiya rejiminin dözümlü olması haqqında mif bir daha məhv edildi. Rusiya Hərbi Kosmik Qüvvələrinə böyük zərbə vuruldu. Bundan başqa, "Vaqner" artıq Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak etməyəcək. Onlar nəyin bahasına olursa olsun, Rusiyanın uğur qazana bilən ən təsirli bölmələrindən idi", - Budanov bildirib.

Milli.Az


Etiketlər:  Vaqner artıq Ukraynada döyüşməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ